Manukyan: “Paşinyan Ərdoğanın ayağına getdi”

DÜNYA
15:13 25.09.2024
192
"Qeyd etmək çox vacibdir ki, ikitərəfli görüş olmayıb və Nikol Paşinyan Ərdoğanla görüşə təkbaşına gedib”.

Bunu Ermənistan parlamentində "Hayastan” fraksiyasının deputatı Geqam Manukyan jurnalistlərlə söhbətində bildirib.

"Nikol Paşinyan BMT Baş Assambleyasında iştirak edərkən ikitərəfli görüşlər üçün çoxlu salonların olduğu BMT-nin mənzil-qərargahına deyil, "Türk Evi”nə getdi. Yoxsa BMT-də türk konsulluğu da yerləşir”, - deyə Manukyan söyləyib.

Revanşist siyasətçi Paşinyanın son addımını diplomatik fərsizlik adlandırıb.
 
 ///Musavat.com
OXŞAR XƏBƏRLƏR