Maradona FİFA prezidentliyinə namizəd oldu - RƏSMİ
İDMAN
16:24 29.07.2015
1013
Maradona FİFA prezidentliyinə seçkilərdə iştirak edəcək.AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Argentina yığmasının keçmiş hücumçusu Dieqo Maradona FİFA prezidenti postuna seçkilərdə iştirak edəcəyini təsdiqləyib.“Mən FİFA-ya mənə iş verən BƏƏ-yə görə qayıdacağam. Ən əsası isə mənə görə bu qədər çox çətinliklər yaşayan ailəmin xətrinə qayıdacağam. Mən intiqam fikri ilə deyil, futbolda dəyişikliklər etmək ideyası ilə qayıdacağam. Korrupsiya, oğurluq artıq kifayətdir!”,- deyə Maradona bildirib.Xatırladaq ki, FİFA tarixində ən böyük qalmaqal mayın 27-də Sürixdə şirkətin yeddi nəfər yüksək rütbəli məmurunun rüşvətə görə tutulması zamanı baş verib. Baş verən hadisələrin fonunda Blatter növbəti dəfə prezident seçilməsinə baxmayaraq, istefa verib.