“Maral bədənini şişirdən oğlanlarla “rumka-rumka”ya vuranda...” - Elçin Əlibəylinin xanımı

“Maral bədənini şişirdən oğlanlarla “rumka-rumka”ya vuranda...” - Elçin Əlibəylinin xanımı
MAQAZİN
14:28 07.05.2018
18522
Tanınmış teleaparıcı Elçin Əlibəylinin "Space" Televiziyasında yayımlanan "El bizim, sirr bizim" adlı verilişində müğənni Maral Tahirqızı ilə yaşanan qarşıdurma cəmiyyətdə birmənalı qarşılanmayıb. Buna görə, aparıcı sosial şəbəkədə kəskin iradlara və təhqirlərə məruz qalıb.

AZXEBER.COM xəbər verir ki, yenicag.az-a açıqlama verən verilişin baş redaktoru və eyni zamanda E.Əlibəylinin xanımı Dilrubə Əlibəyli məsələyə münasibət bildirib:

"Birincisi verilişin qonaqlarını aparıcı deyil, biz müəyyən edirik. Qaldı ki, Elçinin həmin qadını efirdən qovması və təhqir etməsi ilə bağlı yazılan şərhlərə, əsası olmayn sözlərdir. Elçin Maral Tahirqızının şəxsiyyətini təhqir etməyib, deməyib ki, qadın olaraq üz qarasısan, deyib ki, sən sənətin üz qarasısan, get özünə başqa iş tap. O Maral Tahirqızını verilişdən qovmayıb, özü dedi ki, gedirəm, Elçin də ona etiraz etmədi. İndi sosial şəbəkədə "məni verilişinə çağır, sənə qonaqlıq verəcəyik" deyən adamlar şərh yazırlar ki, sənin verilişinə heç vaxt getmərik. Onlar guya Maralın müdafiəsinə qalxıblar. Maral Tahirqızını müdafiə edən insanlara səslənirəm;siz yaxşı bilirdiniz ki, o qadın üç il həbsdə niyə yatıb?Belə maralsevən idinizsə, niyə onu türmədən çıxarmaq üçün mübarizə aparmırdınız? İnstaqramda paylaşımlara baxın, bədənini şişirdən oğlanlarla "rumka-rumka"ya vuranda, kişilər onunla məzələnəndə niyə səsiniz çıxmırdı ki, ayıbdır, qadına qarşı niyə belə hərəkət edirsiniz? Çünki qorxurdunuz. Amma Elçinin sənətlə bağlı bir sözünə görə, az qala topa tuturlar".

D.Əlibəyli həyat yoldaşının ölümlə hədələndiyini də deyib:

"Elçinə hədə-qorxu gəlirlər. Damlaya, Talıb Talehə görə Elçini hədələyirlər. Yazırlar ki, başını kəsərik, səni öldürərik, yox edərik. Bu mesajların hamısı bizdədir. Elçin beş kitab müəllifidir, peşəkar televiziya mütəxəssisidir, küçədən keçən adamlar ona televiziya dərsi keçir. Əgər o hansısa tənqidi fikirlərini söyləyirsə, bunu peşəkar nöqteyi-nəzərdən deyir. O heç kimi təhqir etmir, amma insanlar onu təhqir edir".

D.Əlibəyli həyat yoldaşının xalq artisti Rasim Balayevlə bağlı fikirlərinin də insanlar tərəfindən yanlış anlaşıldığını bildirib: "Elçin Əlbəyli Rasim Balayevin aktyorluğu barədə danışmayıb. O və ailəsi hər zaman Rasim Balayev sənətinə və şəxsiyyətinə qarşı hörmətlə yanaşıb. Sadəcə olaraq, televiziya mütəxəssisi kimi xalq artistinin telekanallarda aparıcı və müğənnilərin davranışına dair söylədiyi tənqidi fikirlərini cavab verib".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda sıxlıq olan yollar açıqlanıb
08:35 14.03.2025
Bakıda sıxlıq olan yollar açıqlanıb
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq