Maral Tahirqızı qadın alverçisi imiş - İstintaq başladı

MAQAZİN
15:15 02.02.2015
15439
Müğənni Maral Tahirqızı istintaqa cəlb olunub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, müğənni insan alverində təqsirləndirilir. O, bu gün təqsirləndirilən şəxs qismində Xətai Rayon Polis İdarəsinə çağırılaraq ifadəsi alınıb.

Xətai Rayon Polis İdarəsindən onlarda müğənni Maral Tahirqızı ilə bağlı cinayət işinin olduğunu təsdiqləsələr də, əlavə açıqlama verilməyib: “Hələlik dindirmə gedir. Əlavə heç nə deyə bilmərik”.

OXŞAR XƏBƏRLƏR