Dünyada süni intellektin inkişafı son illərə damğasını vuran inkişaflar sırasındadır.
AZXEBER.COM xəbər verir ki, mütəxəssislər arasında aparılan sorğu süni intellektin insanların işlərini əlindən alması üçün nə qədər vaxt aparacağı ilə bağlı proqnozlar ortaya çıxarıb.
Alimlərin süni intellektlə bağlı apardıqları son araşdırmalara görə, 2116-cı ilə qədər süni intellekt texnologiyası işlərin çoxunu insanlardan alacaq.
Oksford Universitetinin ABŞ və Almaniyadan olan mütəxəssislərin iştirakı ilə keçirdiyi "Süni intellektin inkişafı üzrə ekspert araşdırması” adlı sorğuda süni intellektin bütün işləri insanların əlindən alması ehtimalının 50 faiz olduğu bildirilib.
2700-dən çox mütəxəssisin iştirak etdiyi sorğu, süni intellektin 2116-cı ilə qədər bir çox işlərdə insanlardan daha yaxşı və daha ucuz işləyə biləcəyinə diqqət çəkib.
Ayşən