Mariana Vasileva: Mehriban Əliyevanın etimadı gücümüzə olan inamımızı artırır

Mariana Vasileva: Mehriban Əliyevanın etimadı gücümüzə olan inamımızı artırır
İDMAN
18:20 30.04.2018
5800

Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva hər zaman gimnastların yanındadır və bu etimad idmançıların öz gücünə inamını möhkəmləndirir.

Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

Baş məşqçi ötən gün Bakıda başa çatmış və Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siana Vasilevadan ibarət Azərbaycan komandasının beş halqa ilə qrup hərəkətlərində bürünc medal qazandığı bədii gimnastika üzrə Dünya Kuboku mərhələsinin yekunları barədə danışıb:

"Hər şey yaxşı qurtaranda sən nələrdən keçdiyini, axıtdığın göz yaşlarını, xoşagəlməz məqamları unudursan. Mən çox şadam ki, ötən gün biz yarışı bu cür başa vurduq. Evdə çıxış etmək çox çətindir. Bizdə hər il azarkeşlərin sayı artır, xüsusilə final günü zal tam dolu idi. Bu isə bizim üzərimizə azarkeşləri sevindirmək öhdəliyi qoyur. Qızlar hər gün maksimum bacarıqlarını göstərməyə çalışırdılar və nəhayət, biz azarkeşlərimizi sevindirə bildik. Bu, Rusiyanın qrup hərəkətləri yığması istisna olmaqla ən güclü komandaların iştirakı ilə baş verdi”.

M.Vasileva bu uğuru Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın fəaliyyəti ilə bağlıyıb:

"Bu uğur Azərbaycan Gimnastika Federasiyasının prezidenti, həm də ölkənin Birinci vitse-prezidenti olan Mehriban Əliyevanın rəhbərliyi ilə kollektivimizin sıx birliyi sayəsində əldə olundu. Bizim üçün yaradılan bütün şəraitə, göstərilən dəstəyə görə Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Nəticələrin necə olmasından asılı olmayaraq, o, hər zaman yanımızdadır. Bu, bizə olan inamın, etibarın göstəricisidir və bizim ən yaxşı olduğumuza inamımızı daha da möhkəmləndirir. Biz dünən bunu nümayiş etdirdik. Mehriban xanıma demək istəyirəm: "Minnətdarıq, qarşınızda baş əyirik, bizi indiyə qədər sevdiyiniz kimi sevməkdə davam edin”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Antonio Konte "Mançester Yunayted" və "Yuventus"un maraq dairəsindədir
00:56 06.10.2026
Antonio Konte "Mançester Yunayted" və "Yuventus"un maraq dairəsindədir
NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər
00:40 06.10.2026
NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
00:29 06.10.2026
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
00:16 06.10.2026
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
Çində mədəni su basıb, ölənlər var
00:03 06.10.2026
Çində mədəni su basıb, ölənlər var
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
23:53 05.10.2026
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
23:42 05.10.2026
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
23:32 05.10.2026
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
23:22 05.10.2026
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
23:12 05.10.2026
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
23:05 05.10.2026
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
22:56 05.10.2026
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
22:46 05.10.2026
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
22:42 05.10.2026
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
22:33 05.10.2026
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
22:27 05.10.2026
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO