İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Mario Balotelli ən yaxın zamanda “Milan”ın oyunçusu olacaq. Bunu İtaliya klubunun direktoru Umberto Qandini deyib. Sövdələşmə futbolçu tibbi müayinədən keçdikdən sonra qüvvəyə minəcək. Tərəflər arasında razılıq isə artıq mövcuddur.““Mançester Siti” ilə Balotellinin keçidi ilə bağlı müqavilə bağlanıb. Tibbi müayinə sabah (bu gün) Milanda olacaq. Futbolçunun klubla müqaviləsi 2017-ci ilədək nəzərdə tutulub”, - Usmberto Qandini Twitter-də yazıb.KİV-in məlumatına görə, Mario Ballotellinin transferi 20 milyon avroya başa gəlib. “Football İtalia” yazır ki, futboçu maaşının 4 milyon avro azaldılmasına razılıq verib. Amma bu zaman gələcək bonuslar nəzərə alınmayıb.Mario Balotelli ötən gün komanda yoldaşları ilə vidalaşıb və Milana yollanıb.Qeyd edək ki, ulduz futbolçuya İtaliyanın “Napoli” və “Yuventus” klubları da iddia edirdi. 2010-cu ildə “Mançester Siti” Mario Balotellini “İnter”dən təxminən 28 milyon avroya almışdı.