Marixuana leqallaşır

MARAQLI
07:39 03.08.2011
2188

Marixuanadan yalnız xarici vətəndaşlar kurort zonalarında və xüsusi zonalarda istifadə edə biləcəklər. Gürcüstanda marixuananın leqallaşdırılmasının təşəbbüsçülərindən biri “İmedi” telekanalının rəhbərlərindən biri olan Georgi Arveladzedir. Əvvəllər o ölkənin iqtisadiyyat naziri vəzifəsində çalışıb.

Bununla yanaşı, prezident Mixail Saakaşvilini dəstəkləyən parlament çoxluğunun liderlərindən biri olan Vaxtanq Balavadze marixuananın leqallaşdırılması barədə gəzən söz-söhbətləri sərt şəkildə rədd edib.

Marixuananın qəbul edilməsinə olan qadağanın qismən aradan qaldırılması, aralarında populyarlığı olan gürcü gəncliyinə müsbət təsir edə bilər.
Bundan əlavə mütəxəssislər hesab edirlər ki, bitkinin qismən leqallaşdırılması hakimiyyətə də sərf edir, çünki bu baş verərsə onlar üçün marixuana bazarını nəzarətdə saxlamaq daha rahat olacaq.

OXŞAR XƏBƏRLƏR