O polşalı idmançıya qalib gəldi.
Bakı 2015 birinci Avropa Oyunlarında qadın güləşçilərin 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi, Olimpiya oyunlarının gümüş və bürünc mükafatçısı, dünya və dörqat Avropa çempionu Mariya Stadnik yarımfinal mərhələsində polşalı İvona Matkovska ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, M.Stadnik rəqibindən daha üstün güləş nümayiş etdirərək vaxtından əvvəl 8:2 hesabı ilə tam qələbə qazanıb və Avropa Oyunlarının qızıl medalı uğrunda finalda mübarizə aparmaq hüququ əldə edib.
Digər təmsilçimiz 55 kq çəki dərəcəsində Nataliya Sinişin yarımfinalda İsveç güləşçisi Sofia Mattson ilə qarşılaşıb. N.Sinişin güclü isveçli rəqibinə müqavimət göstərməsinə baxmayaraq, təmsilçimiz final görüşündə iştirak etmək hüququ qazana bilməyib və 5:6 hesabı ilə məğlub olub.