00:29 Bazar Günü, 26 Yanvar 2020
İDMAN

Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı

14:22, 17.09.20193296
Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. İdmançı buna dünya çempionatında yarımfinala yüksəlməklə nail olub.

M.Stadnik 1/4 finalda rusiyalı Yekaterina Poleşçuka qalib gələrək ilk "6-lıq"da yerini təmin edib və lisenziya normasını doldurub.

Xatırladaq ki, Azərbaycan güləşçisi Mariya Stadnik təsnifat mərhələsində ilk hissədə Nigeriya güləşçisinə vaxtından əvvəl təmiz qələbə ilə (10:0) qalib gəlib. 50 kq çəki dərəcəsindəki titullu pəhləvanın növbəti rəqibi Hindistanlı Sima Sima olub. Görüş Stadnikin qələbəsi ilə yekunlaşıb - 9:2.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ