Marketdən 1639 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən saxlanılıb

Marketdən 1639 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən saxlanılıb
SOSİAL
19:34 31.12.2023
176

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 17-dən 22-dək olan müddətdə rayon ərazisində yerləşən marketlərin birindən 1639 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Neftçala rayon sakini Əli Abdullayev müəyyən olunaraq saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR