Marketdən soyğunçuluq edən şəxs saxlanıldı

Marketdən soyğunçuluq edən şəxs saxlanıldı
SOSİAL
17:44 20.07.2026
427
Qaradağ rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb.
 
AZXEBER.COM xəbər verir ki, naməlum şəxs gecə saatlarında rayon ərazisində yerləşən marketlərin birinə müştəri kimi daxil olaraq talama cinayəti törədib. Həmin vaxt marketdə çalışan satıcının ona müdaxiləsinə baxmayaraq şübhəli şəxs hadisə yerindən yayına bilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR