Marketlərdə insan əti satılıb

MAQAZİN
13:19 30.03.2013
6170

Avropa Birliyi ölkələrindəki supermarketlərdə dana və quzu əti adı ilə at, hətta eşşək ətinin satılması ilə bağlı yaranmış qalmaqal artıq kölgədə qala bilər. 

Milli.Az European Journal Food Control-a istinadən bildirir ki, Cənubi Afrika Respublikasının (CAR) bir neçə şəhərindəki dükanlardan götürülmüş ət və ət məhsulları laboratoriyada test yoxlamalarından keçirilərkən dəhşət doğuran nəticələr aşkarlanıb. Həmin ətlərin DNT nümunələri arasında insan ətinin DNT qalıqları üzə çıxarılıb. CAR-dakı Stellenboş Universitetinin alimlərinin apardıqları testlər zamanı marketlərdən götürülmüş mal, qoyun və toyuq ətlərinin arasında insan əti qalıqları da aşkarlanıb. Yayılmış hesabatda bildirilir ki, marketlərdən götürülmüş 139 ət nümunəsinin 68 faizində at, eşşək və s. heyvanların ətlərinin qalıq DNT nümunələri vardı. Bəzi nümunələrdə isə insan ətinin izlərinə dəlalət edən DNT vardı. Hesabat CAR-da az qala bomba partlayışı effekti yaradıb.

Marketlər şəbəkələrinin sahibləri durumu belə izah ediblər: "Qorxu və ya təlaş yarada biləcək durum yoxdur. Marketlərin ət satışı şöbələrində çalışanlar satılan əti kəsərək parçalara ayıranda onların yaralanması və ət parçalarına tər damlalarının düşməsi paradoksal hal deyil". Vətəndaşlar bu açıqlamalara inanmayaraq çox ciddi təhqiqat və araşdırılmaların aparılmasını tələb edirlər.

OXŞAR XƏBƏRLƏR