Marko Roys “Borussiya”nın tarixinə düşüb

İDMAN
18:06 19.03.2023
238
Marko Roys Almaniyanın "Borussiya” (Dortmund) klubunun tarixinə düşüb.

AZXEBER.COM xəbər verir ki, 33 yaşlı futbolçu Bundesliqa təmsilçisinin ən məhsuldar futbolçusu ünvanını ələ keçirib.

Yarımmüdafiəçi ölkə çempionatının XXV turunda "Köln”lə qarşılaşmada dubl edərək bunu bacarıb. 6:1 hesablı qələbəyə töhfə verən Roys "Borussiya”nın heyətində ümumi qollarının sayını 161-ə çatdıraraq, klub tarixinin bombardiri ünvanına yiyələnib. O, Mixael Zorka məxsus 159 qolluq rekordu yeniləyib.

Qeyd edək ki, Marko Roys 2012-ci ildən "Borussiya”nın formasını geyinir.
OXŞAR XƏBƏRLƏR