Marneuli bazarında baş vermiş silahlı insident nəticəsində yaralanan 27 yaşlı azərbaycanlı gənc xəstəxanada ölüb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, onun hadisə zamanı güllə yarası alan atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir.
Ata və oğlunun güllələndikləri qızıl əşyalar mağazasının sahibləri olduğu bildirilir.
Hadisənin motivi məlum deyil.










































