Marqvelaşvili İlham Əliyevi Gürcüstana rəsmi səfərə dəvət etdi

SİYASƏT
14:17 24.12.2014
873
“Səfər tərəfdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcək”.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili azərbaycanlı həmkarı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
AZXEBER.COM-ın AzərTAc-a istinadən verdiyi məlumata əsasən, təbrik məktubunda deyilir.
“Zati-aliləri,
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Bu əlamətdar gündə vurğulamaq istərdim ki, Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi, siyasi və mədəni sahələrdə uğurla inkişaf etməkdədir. Gürcüstan Azərbaycan Respublikası ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir.
Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinizə görə bir daha Sizə minnətdarlığımı bildirirəm. Mən bir daha əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında mövcud olan davamlı dostluq və əməkdaşlıq əlaqələri birgə səylərimiz nəticəsində xalqlarımızın qarşılıqlı faydası naminə gələcəkdə də davam edəcək və daha da güclənəcək.
Bu xoş fürsətdən istifadə edərək, mən Sizi Gürcüstana rəsmi səfərə dəvət edirəm. Sizi Tbilisidə səmimi qarşılamaq mənim üçün şərəf olardı. Əminəm ki, bu səfər 2014-cü ildə yeni təkan almış tərəfdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcək.
Zati-aliləri, mənim dərin ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.
OXŞAR XƏBƏRLƏR