Marseldəki toqquşmalarda xəsarət alan azarkeşin vəziyyəti ağırdır

İDMAN
13:06 12.06.2016
1241

AVRO-2016-da baş tutan İngiltərə - Rusiya matçından öncə Marseldə iki tərəfin azarkeşləri arasında toqquşma nəticəsində ciddi xəsarət alan 2 azarkeşin vəziyyəti açıqlanıb. 

AZXEBER.COM xəbər verir ki, onlardan biri reanimasiya şöbəsində kritik durumdadır. Həmin azarkeşin başına metal armaturla zərbə endirilib.

"Onda infart baş verib, dərhal reanimasiyaya çatdırıldı. Yaşaması sual altındadır" - Buş-dyu-Ron departamentinin prefekti Loran Nunyes açıqlama verib.

Qeyd edək ki, toqquşmalar nəticəsində ümumilikdə 3 azarkeş xəsarət almışdı. Onlardan 4-nün vəziyyəti ağırdır. 3 polisdə yüngül xəsarətlər qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR