Marselo "Olimpiakos"dan getdi

İDMAN
22:20 18.02.2023
299

Braziliyalı futbolçusu Marselo Yunanıstanın "Olimpiakos" klubu ilə yollarını ayırıb.

AZXEBER.COM xəbər verir ki, 35 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Marselo ötən ilin sentyabrında "Olimpiakos"la 1+1 illik müqavilə imzalayıb. Təcrübəli futbolçu 10 oyunda meydana çıxıb və 3 qol vurub. 

Futbolçu daha əvvəl ölkəsinin "Fluminense" və İspaniyanın "Real Madrid" klublarının formasını geyinib.

OXŞAR XƏBƏRLƏR