İyunun 30-da Marsol Group partnyorları "İşgüzar Səhər Yeməyi” çərçivəsində Abşeron Ticarət Mərkəzini ziyarət ediblər.
AZXEBER.COM xəbər verir ki, görüşdə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) İdarə Heyətinin sədri və Marsol Groupun təsisçisi Tural Mustafayev çıxış edərək biznes subyektləri arasında əlaqələrin gücləndirilməsinin, yerli sahibkarlığın inkişafında tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb.
Həmçinin Abşeron Ticarət Mərkəzinin direktoru Araz Rəhimov mərkəzin fəaliyyəti, müəssisələrə yaradılan şərait və infrastruktur barədə iştirakçıları məlumatlandırıb.
Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Daha sonra sahibkarlar Abşeron Ticarət Mərkəzi ilə yaxından tanış olub, mərkəzin infrastrukturu, fəaliyyət istiqamətləri, mağaza konsepsiyası və sahibkarlar üçün təqdim etdiyi imkanlar barədə ətraflı məlumat əldə ediblər.
Abşeron Ticarət Mərkəzi biznes icmasının nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsinə və yeni tərəfdaşlıqların qurulmasına xüsusi önəm verməyə davam edir.
Görüşdə 2026-cı il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə "Üzvlük" sertifikatı və "Partnyorluğun simvolu" olan yaxa nişanı da təqdim edilib.






















































