Marşrut avtobusu mikroavtobusla toqquşdu - Yaralılar var

SOSİAL
09:55 21.11.2019
7366
Qaradağ rayonunda marşrut avtobusunun iştirakı ilə qəza baş verib. 

AZXEBER.COM xəbər verir ki, Sahil qəsəbəsi 20-ci sahə ərazisində marşrut avtobusu mikroavtobusla toqquşub. 

Səhiyyə Nazirliyindən bildirilib ki, Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

28, 34, 43, 51 yaşlı kişilər və 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 17 yaşlı oğlana isə yerindəcə yardım edilib.

OXŞAR XƏBƏRLƏR