Masallı dağlarında yanğın başladı

Masallı dağlarında yanğın başladı
SOSİAL
15:43 10.08.2017
925
Masallı dağlarında yanğın başlayıb.

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 9-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə yanğın müşahidə olunur.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində 10 avqust 2017-ci il tarixində, saat 10:50-də yanğın məhdudlaşdırılıb.

Yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR