Masallı əməliyyatında 12 nəfər saxlanıldı - FOTO

Masallı əməliyyatında 12 nəfər saxlanıldı - FOTO
SOSİAL
21:48 09.03.2023
277
Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində son 1 ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZXEBER.COM-a məlumat verilib.

Bildirilib ki, şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılan külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Faktlarla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
"Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.
 

 


OXŞAR XƏBƏRLƏR