Masallıda ağır qəza: İki nəfər ölüb

Masallıda ağır qəza: İki nəfər ölüb
SOSİAL
15:29 04.01.2017
923

 

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər NazirliyindənAZXEBER.COM-a verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakinləri Mübariz Bağırovun idarə etdiyi "Seat” markalı avtomobil Rövşən Əmənovun idarə etdiyi "VAZ-2107” ilə toqquşub.

Nəticədə R.Əmənov və sərnişinlərindən həmkəndlisi Təhminə Haxıyeva hadisə yerində ölüb, digər sərnişini və M.Bağırov isə xəstəxanaya yerləşdiriliblər.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR