Masallıda çaya tullanarkən xəsarət alan gənc öldü

Masallıda çaya tullanarkən xəsarət alan gənc öldü
SOSİAL
20:17 27.07.2026
106
Masallıda çayda xəsarət alan Cəlilabad sakini xəstəxanada vəfat edib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisində yerləşən çayda baş verib.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Coşqun Şakir oğlu Quliyev çimmək məqsədilə çaya tullanan zaman boyun nahiyəsindən ağır xəsarət alıb.
O, paytaxt xəstəxanalarından birində 10 gün müalicə olunsa da, bu gün tibb müəssisəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR