Masallıda futbol oynayanlar cərimələndi

Masallıda futbol oynayanlar cərimələndi
SOSİAL
14:07 21.04.2020
1084
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallıda bu istiqamətdə keçirilən tədbirlər zamanı daha bir neçə şəxs müəyyən edilərək, inzibati qaydada cərimələniblər.

Belə ki, epidemiya əleyhinə rejimin qaydalarını pozan yeddi nəfər Masallı sakininin rayonun Binə Xocavar kəndi ərazisində futbol oyunu təşkil etdikləri aşkarlanıb.

Həmin şəxslər Masallı RPŞ-yə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, 100 manat məbləğində cərimə olunublar.

OXŞAR XƏBƏRLƏR