Masallıda iki maşın toqquşub, bir nəfər ölüb

Masallıda iki maşın toqquşub, bir nəfər ölüb
HADİSƏ
21:07 24.03.2025
330
Masallıda baş verən qəzada piyada ölüb.

APA-nın cənub bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, martın 24-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində Ə.İsayevin idarə etdiyi "Opel" markalı avtomobillə M.Kişiyevin idarə etdiyi "Toyota" markalı avtomobil toqquşub.

Sürücünün idarəetməni itirməsi nəticəsində "Toyota" markalı avtomobil yolun ehtiyat hissəsi ilə hərəkət edən piyada 59 yaşlı Camal Ağayevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR