Masallıda istirahət mərkəzində bıçaqlanma oldu

HADİSƏ
14:16 17.12.2023
585
Dekabrın 15-də Masallı rayonu ərazisindəki istirahət mərkəzlərinin birinin ərazisindən rayon sakini A.Ağayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş Rabil Nurullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR