Masallıda yaşayış evi yanıb

Masallıda yaşayış evi yanıb
SOSİAL
20:39 18.08.2024
174
Masallıda yaşayış evi yanıb.

AZXEBER.COM xəbər verir ki, yanğın şəhərin Anar Novruzov küçəsində baş verib.

Belə ki, 1955-ci il təvəllüdlü Vaqif Oruc oğlu Qurbanova məxsus evdə yanğın olması ilə əlaqədar FHN-nin Masallı Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.

Yanğının söndürülməsinə 3 texnika və canlı qüvvə cəlb edilib. Məlumata görə, yanğın ümumi sahəsi 216 kv olan evin çardaq hissəsindən başlayıb. Bu səbəbdən alov əsasən evin 2-ci mərtəbəsini əhatə edib.

Yanğın söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR