Masazırda avtoyuma məntəqəsində faciə: 23 yaşlı işçini cərəyan vurdu

SOSİAL
13:08 04.09.2019
3436
Abşeron rayonunda avtomobil yuyan şəxsi elektrik cərəyanı vurub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində, "Əlincə" Futbol klubunun qarşısındakı avtoyuma məntəqəsində baş verib.

Avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Aqapov Vadim Viktoroviç "Zil" markalı yük avtomobilini yuyarkən açıq elektrik xəttinə toxunub.

Nəticədə o, yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR