Şəki sakini Şabanov Etibar Novruz oğlu idarə etdiyi 55-BT-168 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə piyada, 2007-ci il təvvəllüdlü Şəki sakini Əliyev Nahid Fuad oğlunu vurub.
Kanal S (Region TV) xəbər verir ki, nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə təcili yardım cəlb olunsa da, sürücü özü xəsarət alan şəxsi dərhal xəstəxanaya çatdırıb.
Faktla bağlı Şəki ŞRPŞ tərəfindən araşdırmalar aparılır.