Maşın almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Bu avtomobillər ucuzlaşacaq

Maşın almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Bu avtomobillər ucuzlaşacaq
MARAQLI
11:30 10.03.2024
1181
Martın 7-də Prezident İlham Əliyev "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi” haqqında Sərəncam imzalayıb. Sərəncamda elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı, onların elektrik məntəqələrinin təşkili və gömrük rüsumları ilə bağlı müddəalar yer alıb. Ölkə başçısının sərəncamı ölkədə elektromobil avtomobillərin istifadəsi istiqamətində səmərəliliyin artmasına istiqamətlənib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yaxın vaxtlarda ölkədə elektromobillərin qiymətində əsaslı ucuzlaşma olacaq:

"Bildiyiniz kimi, daha öncə də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istismarını stimullaşdıran bir sıra addımlar atılıb. Ötən illər ərzində Nazirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Dövlət Komissiyasının alt qruplarında hazırlanan yol xəritəsi əsasında bizim ölkəyə idxal olunan yeni elektromobillər gömrükdə də, vergidə də rüsumlardan tamamilə azad edilib. Bu da öz növbəsində sahibkar üçün bir fürsətdir ki, bu növ nəqliyyat vasitələrini ölkəmizə gətirsinlər. Artıq vətəndaşlar üçün də bu nəqliyyat vasitələrinin qiyməti əlçatandır.

Burada əsas məqsəd elektromobil avtomobillərin ölkəyə idxalını stimullaşdırmaq və ölkə daxilində də bu növ avtomobillərin vətəndaşlar tərəfindən istismarını asanlaşdırmaqdır. Növbəti addım olaraq ölkəyə idxal olunan enerjidoldurma məntəqələrinin qurulmasında istifadə olunan avadanlıq və cihazlar da bütün rüsumlardan azad edildi. Bu isə özlüyündə elektromobil maşınların qiymətinin əhəmiyyətli dərəcədə ucuzlaşmasına gətirib çıxaracaq. Dövlət burada inhisarçı deyil, biznesi mühitini dəstəkləyən mövqedən çıxış edir”.

Ekspert yaxın gələcəkdə paytaxt yollarında elektrik mühərrikli avtomobillərin olacağını qeyd edib:

"Biz artıq deyə bilərik ki, 2024-cü il Azərbaycanın nəqliyyat sektorunda elektrikləşmə ilidir. Bu ildən artıq o proses daha geniş vüsət alacaq. Bu gün əgər ölkəyə idxal edilən elektromobillərin sayı ümumilikdə beş faiz təşkil edirsə, gələn illər ərzində bu rəqəmlər artacaq. Hətta ola bilsin ki, növbəti ilə 15 faiz təşkil etsin. Burada əsas məqsədlərdən biri həm də ekosistemin yaxşılaşdırılmasıdır. Ənənəvi nəqliyyat vasitələri karbon qazını atmosferə daha çox buraxır. Amma elektrik mühərrikli avtomobillərdə karbon qazının atmosferə buraxılması mövcud deyil.

Ona görə də üstünlük artıq bu istiqamətədir. Bu yaxınlarda artıq Bakı şəhərinin də ictimai nəqliyyatında elektrik mühərrikli avtobusların fəaliyyətini görəcəyik. İndi hal-hazırda pilot layihə kimi iki avtobus istismara verilib və bu özünü doğruldub. Gələcəkdə bu sayın 150-yə qədər artırılması gözlənilir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb