Maşın bazarında şok qiymət: “Range Rover” 10 min manata - QİYMƏTLƏR

SOSİAL
14:10 10.03.2016
12145
Ötən ay Azərbaycanda ikinci əl avtomobil bazarında yenidən ucuzlaşma baş verib. Avtomobil ekspertləri fins.az-a bildiriblər ki, yanvar ayı ilə müqayisədə fevralda qiymətlər yenidən ucuzlaşmaqda davam edib. Alıcı tapılmaması qiymətləri 10 % da aşağı salıb.
Bir ayda 2-8 min manat ucuzlaşma
Badamdar avtomobil bazarından satıcılar bildirirlər ki, xaricdən ölkəyə biznes üçün demək olar ki, avtomobil gətirilmir. Satıcı Oley Şamxalovun sözlərinə görə, hazırda yanlız dövlət sifarişi ilə , ya da hansısa satıcı dostunun sifarişi əsasında avtomobil gətirir. Avtomobil bazarında durğunluq, alıcı tapılmaması hər gün qiymətləri bir qədər də aşağı salır. Ötən ay avtomobil bazarında qiymət 2-8 min manat arasında ucuzlaşıb.
"Lexus”, "Mitsubishi” və "Range Rover”ə baxan yoxdur
Satıcının sözlərinə görə, manatın ucuzlaşmasından sonra gəlirləri azalan əhalinin avtomobilə münasibəti də dəyişib. İri mühərrikli, ehtiyat hissələri baha olan, çox yanacaq işlədən avtomobilləri demək olar ki, alan yoxdur. Məsələn, 2006-cı ilin "Lexus LX350” modeli 21-22 min manata satılırdısa, hazırda bu avtomobil 13-14 min manata təlif edilsə də, alan yoxdur. Nəticədə 2004-cü il model "Lexus LX 330” avtomobili bir ay ərzində 14 min manatdan 11 min manata kimi ucuzlaşıb. O.Şamxalov bildirib ki, ötən həftə 2004-cü il model "Range Rover” avtomobilinin sahibini onu 12 min manata təklif etsə də, sonda 10 min manata satmağa məcbur oldu. İri mühərrikli modellər sırasında "Mitsubishi”lərin də qiymətləri enməkdə davam edir. Məsələn, 2015-ci il model 3.8 l mühərrikli "Mitsubishi Pajero” 38 500 dollardan 35 min dollara qədər ucuzlaşıb.
"Passat”ı buna görə alımırlar
Satıcıların sözlərinə görə satılmayan modellər sırasında 2012-2013-cü il model "Volksvagen Passat” avtomobilləri də var. Bu avtomobillərin ehtiyat hissələrinin baha olması alıcılarını itirməsinə səbəb olub. Nəticədə qiymətlərdə 5 min manata qədər enmə müşahidə edilir. Məsələn, yanvar ayında 12-13 min manata satılan eyni model indi 8-9 min manata kimi ucuzlaşıb.
"Hyundai” və "Nissan”da 4-7 min manat ucuzlaşma
Avtomobillərin ucuzlaşması bazarla yanaşı elektron satışlarda da müşahisə edilir. Belə ki, avtomobil elanı saytlarında da qiymətlərdə ucuzlaşma müşahidə edilir. Alsat.az saytının rəhbəri Vaqif Hüseynov fins.az-a bildirib ki, hər gün 500-dən çox avtomobil elanı yerləşdirilsə də, alıcı tapılmır. Nəticədə "Lexus”dan "Nissana” qədər bütün avtomobillər fevral ayında ucuzlaşmaqda davam edib. Məsələn, yanvar ayında 2011-2013-cü il model "Hyundai ix35” modeli 15 mi dollara satılırdısa, hazırda son qiymət 8 min dollar təşkil edib. "Nissan” modelləri isə 4 min manata kimi ucuzlaşıb. 2006-201-cü il model "Nissan Murano” avtomobilləri yanvar ayında 11 manata təklif edilirdisə, indi 5-7 min manata bu avtomobili alan yoxdur.
Ən çox alınan "Mercedes”, "Vaz” və "Opel”lərdir
Satıcılar bildirirlər ki, hazırda daha çox alınan avtomobillər 5-15 min manatlıq "Mercedes”lər,"Vaz” və köhnə"Opel”lərdir. Bu da həmin avtomobillərin və ehtiyat hissələrinin ucuz başa gəlməsi, daha davamlı olması ilə bağlıdır. O.Şamxalovun sözlərinə görə, bir ayda bazarda cəmi 40-50 avtomobil satılır. Bu avtomobillərin 25-i "Vaz”, 12-si "Mercedes”, 3-4-ü isə "Opel”dir. Amma ümumi ucuzlaşma bu avtomobillərində qiymətlərinə təsir göstərib. "Mercedes” və "Vaz” avtomobilləri 700-1000 manata yaxın ucuzlaşıb. Məsələn, 1.8 l mühərrikli 1998-ci il model "Mercedes”əvvəl 7 min manata satılırdısa, hazırda 6300-6500 manata təklif edilir. Son vaxtlar məşhur olan "Lada Priora”lar 6500 manatdan 5500 manata kimi ucuzlaşıb. Furqon 1995-2002-ci il model 1.6-1.8 l mühərrikli "Opel”lər isə 1500-4000 manata satılır.
Ucuzlaşma mart ayında da davam edəcək
Avtomobil ekspertləri bildirirlər ki, avtomobil qiymətlərində ucuzlaşma son deyil. Belə ki, mart ayında dolların yenidən bahalaşmağa başlaması və "Novruz bayramı” ilə əlaqədar bazar uçurma doğru irəliləməkdə davam edəcək. Ekspertlər hesab edirlər ki, belə vəziyyətdə insanlar daha ehtiyyatlı davranmağa çalışırlar.Yəni avtomobil almaq istəyənlər əl saxlayır, pulu dollara çevirməyə başlayırlar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir