"Maşın bazarı"nda yanğın zamanı 5 nəfər zəhərləndi

SOSİAL
15:35 01.07.2016
1573
Bakı şəhərində yerləşən "Maşın bazarı"nda baş verən yanğın zamanı beş nəfər zəhərlənib.
Zəhərlənənlər Bakı şəhər sakinləri Əlzamin Rustəmov, Əhməd Xəlilov, Seymur Novruzov, Azər Xəlilov və Rafael Novruzovdur.
Onlar tüstü zəhərlənməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya mərkəzində yardım aldıqdan sonra evə buraxılıblar.
Xatırladaq ki, iyunun 30-da "Maşın bazarı"nda baş verən yanğın nəticəsində bir neçə mağaza yanıb.
Faktla bağlı araşdırma aparılır.
///report-
OXŞAR XƏBƏRLƏR