Maşın elektrik dirəyinə çırpıldı - Kənd işıqsız qaldı

Maşın elektrik dirəyinə çırpıldı - Kənd işıqsız qaldı
HADİSƏ
21:37 04.10.2025
178
Tovuzda yol qəzası baş verib.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Öydüzlü kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı ışıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü xəsarət almasa da avtomobilə və elektrik təsərrüfatına ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR