Maşın işıq dirəyinə çırpıldı - Ölən var

Maşın işıq dirəyinə çırpıldı - Ölən var
SOSİAL
10:35 26.07.2024
121
Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo”nun məlumatına görə, hadisə Mərdəkan-Buzovna şosesinin Mərdəkan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel” markalı avtomobillə hərəkət edən 34 yaşlı Ruslan İsgəndərov idarəetməni qəfil itirərək yolun kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində sərnişinlərdən biri-37 yaşlı Vüsal İsmayılov aldığı xəsarətlərdən ölüb. Sürücü də daxil olmaqla 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR