Maşın kanala aşdı, müəllim öldü - Fotolar

Maşın kanala aşdı, müəllim öldü - Fotolar
HADİSƏ
14:25 17.01.2026
571
Bu gün Ucarda ağır yol qəzası baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Qazıqumlaq kəndinə gedən yolda qeydə alınıb.

"Mercedes C Class” markalı minik avtomobili aşaraq yol kənarındakı su kanalına düşüb. Nəticədə sürücü 1994-cü il təvəllüdlü Coşqun Məmmədov hadisə yerində ölüb.

Qəza yerinə polis əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.
 
"Qafqazinfo” 

 

 

 

 


 


 



OXŞAR XƏBƏRLƏR