Maşın Qanlı dərəyə aşdı, yaralı var

Maşın Qanlı dərəyə aşdı, yaralı var
SOSİAL
11:56 16.10.2016
1156

Şirvanda baş verən avtoqəzada sürücü kəllə-beyin travması alıb. 

APA-nın məlumatına görə, hadisə səhər saatlarında Şirvan-Salyan magistralında, Hacıqəhrəmanlı qəsəbəsinin ərazisində baş verib.
 
Salyan rayonunun Arxarası kənd sakini, 1980-ci il təvəllüdlü İsmayılov Teymur İbrahim oğlunun idarə etdiyi  "Lada Priora" markalı "99 GD 997" dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq "Qanlı dərə" adlanan yerə aşıb. Nəticədə sürücü kəllə-beyin travması ilə ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR