Maşın vurub öldürdü: polis yaxınlarını axtarılır - FOTO

Maşın vurub öldürdü: polis yaxınlarını axtarılır - FOTO
SOSİAL
14:58 11.10.2019
4991

Oktyabrın 10-da axşam saatlarında Göygöl rayonunun Yeni Qızılca kənd ərazisində "BMW” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, piyada hadisə yerində ölüb.

 

Onun üzərindən heç bir sənəd aşkar olunmayıb. Ölən kişinin əlamətləri belədir: yaşı 50-60 arası, boyu 163 santimetr, arıq bədən quruluşlu, saçları qara, gözlərinin rəngi aladır. Əynində qara kostyum, boz köynək və qara şalvar olub.

Şəkildəki kişini tanıyanlardan və onun barədə məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin, Göygöl Rayon Polis Şöbəsinə və (022) 205-22-79; (055) 545-11-02 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR