Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir

Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
DÜNYA
16:19 26.08.2025
335
Tanınmış milyonçu, iş adamı Elon Mask "Apple" və "OpenAI" şirkətlərini məhkəməyə verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Maskın "X" və "xAI" şirkətləri "Apple" və "OpenAI"yə qarşı milyard dollarlıq iddia qaldırıblar.

Mask iddia edib ki, sözügedən şirkətlərin "iPhone" smartfonlarının əməliyyat sisteminə inteqrasiya etmək qərarı rəqabətə zərər verir və istehlakçıları seçim hüququndan məhrum edir.
 
Qeyd edilib ki, "Apple" "OpenAI" ilə eksklüziv razılaşmaya görə "X" və "xAI" platforması tərəfindən hazırlanmış süni intellekt chatbotu "Grok"u tətbiq mağazasında yerləşdirməkdən imtina edib.
 
Bu barədə "Apple" və "OpenAI" şirkətindən açıqlama verilib.

Bildirilib ki, "App Store" tətbiqi ədalətli və qərəzsiz olması üçün nəzərdə tutulub və o, obyektiv meyarlar, ekspertlər tərəfindən tərtib edilmiş siyahılar, alqoritmik tövsiyələr və reytinqlərdən istifadə etməklə tətbiqləri təqdim edir.

Mask isə "X" hesabında bunları yazıb:
 
"Apple" və "OpenAI" hər hansı bir süni intellekt şirkətinin "App Store"də 1-ci yerə çıxmasını qeyri-mümkün edən davranışlarla məşğuldur və bu, açıq-aydın antiinhisar pozuntusudur”. 

Mikayıl
OXŞAR XƏBƏRLƏR