Mask Tramp üçün ABŞ xalqından səs istədi

DÜNYA
13:12 18.10.2024
132
ABŞ-dəki prezident seçkilərində Donald Trampı dəstəkləyən milyarder iş adamı İlon Mask tək keçirdiyi mitinqdə ona səs istəyib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Mask Trampı dəstəkləmək üçün Pensilvaniya ştatının Filadelfiya şəhərində ilk seçki mitinqini keçirib.
 
Mitinqə ilk dəfə tək qatılan Mask qısa çıxışından sonra iştirakçıların suallarını cavablandırıb.
 
O, çıxışında ABŞ Konstitusiyasının üstünlüyünü vurğulayıb və deyib:
 
"Bu konstitusiya sözün əsl mənasında ABŞ-ni bugünkü vəziyyətə gətirən fundamental dəyərlər toplusudur. Onun əleyhinə olan hər kəs ABŞ əleyhinədir və onlarla cəhənnəmə gedəcək".

Mitinqə qatılanları ailələrini və dostlarını səs vermək üçün qeydiyyatdan keçməyə təşviq etməyə çağıran Mask "Mən əvvəllər siyasi cəhətdən aktiv deyildim, amma indi siyasi cəhətdən aktivəm, çünki Amerikanın gələcəyi və sivilizasiyanın gələcəyi təhlükə altında olduğunu düşünürəm" - deyə o vurğulayıb.

Qeyd edək ki, Mask bundan əvvəl oktyabrın 5-də Donald Trampın mitinqində iştirak etmiş və Respublikaçılar Partiyasının namizədini dəstəklədiyini açıqlamışdı.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR