Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib

Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
DÜNYA
06:46 25.05.2025
225

Amerikalı sahibkar İlın Mask, ona məxsus "X” sosial şəbəkəsində baş vermiş genişmiqyaslı nasazlıqdan sonra şirkətlərinə daha çox diqqət yetirməyi planlaşdırdığını açıqlayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Mask bu haqda öz "X” hesabında məlumat verib.

"Mən, 24/7 rejimində işləməyə, konfrans zallarında, server otaqlarında və sexlərdə yatmağa qayıdıram. Mən "X”-ə, süni intellekt startapı olan "xAI”-ya, avtomobil istehsalı şirkəti Tesla-ya, həmçinin gələn həftə planlaşdırılan "Starship” raketinin buraxılışına çox diqqət yetirməliyəm. Çünki biz kritik önəmli texnologiyalar tətbiq edirik. Bu həftə "X” platformasında baş verən nasazlıqlar əməliyyatlarda yaxşılaşdırmanın zəruriliyini göstərdi,” – o bildirib.

Qeyd edək ki, şənbə günü ABŞ-da təxminən 25,8 min istifadəçi "X” platformasında problemlər olduğunu bildirib. Nasazlıqlar həmçinin Böyük Britaniya, Fransa, Yaponiya və digər ölkələrdə də qeydə alını
OXŞAR XƏBƏRLƏR