Maskalı şəxslər evdən 13 min manat apardılar

Maskalı şəxslər evdən 13 min manat apardılar
SOSİAL
12:11 14.02.2017
741

 

Hacıqabulda  3 nəfər maskalı evdən 13 min manat pul oğurlayıb. 

Fevralın 13-də gecə saatlarında Hacıqabul rayonunun Qubalı kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Kazım Fazil oğluna məxsus fərdi yaşayış evinə girən 3 maskalı şəxs ailə üzvlərini qorxudaraq mənzildən 13 min manat pulu götürərək qaçıb. Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.
 
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

///APA
OXŞAR XƏBƏRLƏR