AZXEBER,COM-un Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində restoranda 500 kvadrat metrlik sahə yanıb. Yanğının söndürülməsi üçün 2 saat vaxt sərf olunub. Restoranda iki qadının cəsədi aşkarlanıb. Hazırda həmin şəxslərin kimliyi müəyyənləşdirilir.Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, restoran təmir olunurdu, bu səbəbdən yanğın zamanı orada müştəri olmayıb. Yanğın ən ağır kimi qiymətləndirilib və restoranın ətrafındakı ərazi milis tərəfindən əhatəyə alınıb."Komsomolskaya pravda na Ukraine" qəzetinin məlumatına görə, restoranda həlak olanlar qabyuyn qadınlar olub. Onlardan başqa, yanğın anında restoranda 4 nəfər mühafizəçi olub ki, onlar qaçaraq həyatlarını xilas edə biliblər. Şahidlərin sözlərinə görə, yanğından əvvəl güclü partlayış səsi eşidilib. Restoranda 30-a yaxın oksigen və qaz balonlarının olduğu deyilir.Şahidlərdən biri isə deyib ki, yanğından əvvəl 5 nəfər maskalı şəxs restorana benzin töküb, sonra od vurub. Milis artıq hadisə yerində həmin şəxslərin taxdıqları maskaları tapa bilib. "Aura"da Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarının tədqiqatları davam edir."Komsomolskaya pravda na Ukraine" qəzetinin araşdırması nəticəsində bəlli olub ki, "Aura" restoranı müğənni Ani Lorakın həyat yoldaşı Murad Nalkacıoğluna məxsusdur. Təmirdən sonra noyabrın 27-də restoranın yeni adla - "Mangal Restaurant-Lounge Kiev" adı ilə təntənəli açılışı planlaşdırılmışdı.