Maskadan istifadəni qadağan edən qubernator COVID-19-a yoluxub.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında maskadan istifadəni qadağan edən qubernator Greg Abbotun yeni növ koronavirusa yolxuduğu bildirilir.
Məcburi maska taxılmasına qarşı çıxan Abbot Texasda məktəblərdə və digər ərazilərdə məcburi maskanı qadağan etmiş, bunu tələb edənlərə isə cərimə cəzası tətbiq etmişdi.
Qeyd edək ki, Texas keçən həftə ortalama gündəlik yoluxma sayının 15000 olduğunu açıqlayıb.
Aydın Nuri
Aydın Nuri