Maskın sərvəti ilk dəfə 400 milyard dollardan aşağı düşüb

MARAQLI
12:23 11.02.2025
187
Amerikalı milyarder İlon Maskın sərvəti 2025-ci ildə ilk dəfə 400 milyard dollardan aşağı düşüb.

Bu barədə "Bloomberg” agentliyi məlumat yayıb.

Bu azalma İ.Maskın qurucusu olduğu "Tesla” şirkətinin səhmlərinin əhəmiyyətli dərəcədə ucuzlaşması fonunda baş verib.

Avtomobil istehsalçısının səhmlərinin dəyəri dekabr ayının ortalarında tarixi maksimuma çatdıqdan sonra 27 % düşüb. Kəskin azalma xüsusilə ötən həftə müşahidə olunub: "Tesla”nın səhmləri satışların azalması barədə məlumatlar fonunda 11 % ucuzlaşıb. Xüsusilə Almaniyaya avtomobil tədarükü 59 %, Çində satışlar isə ötən illə müqayisədə 11,5 % azalıb. Fevralın 10-da "Tesla”nın səhmləri ardıcıl dördüncü gün ucuzlaşaraq 3 % dəyər itirib və bir səhmin qiyməti 350,73 dollara çatıb.

Yanvarın 29-da "Forbes” jurnalı bildirib ki, süni intellekt və premium brendlərlə bağlı şirkətlərin səhmlərinin kəskin ucuzlaşması ilə əlaqədar İ.Maskın sərvəti 3,8 milyard dollar azalıb.

Donald Trampın prezident seçkilərində qələbəsi nəticəsində "Tesla”nın səhmləri özünü idarə edən avtomobillər üçün qaydaların sadələşdirilməsi və şirkətin rəqibləri üçün vergi güzəştlərinin ləğvi ilə bağlı gözləntilər fonunda 65 % artıb. Bundan başqa, İ.Maskın süni intellekt sahəsindəki "xAI” startapının dəyəri həmin dövrdə iki dəfə artaraq 50 milyard dollara çatıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI