Maştağada kütləvi dava - Bıçaqlanan var

Maştağada kütləvi dava - Bıçaqlanan var
SOSİAL
12:30 13.07.2018
5039
Kütləvi dava zamanı Maştağa sakinini bıçaqlayan şəxs tutulub.

DİN-in Mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, iyulun 12-də saat 4 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisindən qəsəbə sakini Hacıağa Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini Mircəlal Süleymanov saxlanılıb.

Faktla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR