"MasterChef" Avstraliyanın məşhur aşpazı və münsiflər heyətinin üzvü Cok Zonfrillo 46 yaşında vəfat edib.
AZXEBER.COM Türkiyə KİV-ə istinadən xəbər verir ki, Zonfrillonun ölümü şübhəli sayılmır.
"MasterChef Australia"dan verilən açıqlamada deyilir: "MasterChef ailəsinin sevimli üzvü Cok Zonfrillonun qəfil vəfatı bizi dərindən sarsıtdı və kədərləndi. Cok avstraliyalılar tərəfindən ən çox tanınan müəllif, aşpaz, xeyriyyəçi və MasterChef kimi tanınırdı. O, ən gözəl ata, ər, qardaş və oğul kimi xatırlanacaq”.
Qeyd edək ki, Şotlandiyanın Qlazqo şəhərində anadan olan Cok Zonfrillo 20 yaşında Avstraliyaya köçüb və 20 ildən çox Sidney və Adelaidada məşhur restoranları idarə edib.
Mikayıl