"Masterşef" yarışmasının iştirakçılarından "Şırdancı Mehmet" kimi tanınan Mehmet Sur avtomobil qəzası törədib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, yaşadığı Muş şəhərində avtomobili ilə yolu keçən piyadanı vurub.
Qolunda və ayağında sınıqlar olan qadın xəstəxanaya aparılıb.
Qəza ilə bağlı araşdırma başlanıb.
Aysel









































