İsveçrədə "Bazel" və İtaliyanın "Fiorentina" klubları arasında keçirilən UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyunu azarkeşlərdən birinin halının pisləşməsi səbəbindən yarımçıq dayandırılıb.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, görüşün ispaniyalı baş hakimi Xose Mariya Sançes 110-cu dəqiqədə fasilə elan edib.
Azarkeşə yerindəcə ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.
Matç 8 dəqiqə sonra davam edib.
Qeyd edək ki, görüş 3:1 "Fiorentina"nın xeyrinə yekunlaşıb.