Matrosyandan etiraf: Birinci müharibədə Ağdamda, ikinci müharibədə Əsgəranda olmuşam

Matrosyandan etiraf: Birinci müharibədə Ağdamda, ikinci müharibədə Əsgəranda olmuşam
SİYASƏT
21:37 06.03.2025
224
Martın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Qarik Matrosyan sərbəst ifadəsində bəzi məsələləri etiraf edib.

O, Birinci Qarabağ müharibəsində Ağdam rayonunda ön postlarda olduğunu etiraf edərək bildirib: "İkinci Qarabağ müharibəsində isə Əsgəran rayonunda olmuşuq. 44 günlük müharibə zamanı da orada olmuşam”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 10-da davam etdiriləcək.
 
///report
OXŞAR XƏBƏRLƏR